Ocaqçıların Közərti toplantısı

28.6.2014-24

26 Uyum günü, Közərti ayı, 36-cı ildə (26.6.2014) Mütləqə İnam Ocağının Ruhsal Mərkəzinin İnam Evində Ocaq Ailələrinin toplantısı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. 
Toplantıda Ocaqçılar, İnamçılar və tanınmış aydınlar iştirak ediblər. 
Mütləqə İnam bayrağı səcdə duruşunda qarşılanıb. “Ata ruhuna pənah gətirmişik!” deyilib.


“Atalılar Türküsü”nü Uluruh, “Doğadakı Mütləqə gündüz qovuşması”nı Yolruh, “Ataya günorta üztutması”nı Sadiq deyiblər.
Ocağın Ruhsal Başçısı Safruhun günə uğurlama sözü dinlənilib: “Ürəyinizdə Ata Günəşi olsun! Ocağı, gələnlərimizi Ailə Günü münasibətilə kutlayıram! Xalqımız tarix boyu özgə böyüklərin dalınca gedib. İllərdir Türkün ilk Ruhaniyyat Ocağının harayını çəkirik. Ocaq müqəddəslik, dərin idrak ünvanı deməkdir. Və bir möhtəşəm kökə-Ulusa möhkəm bağlanmaq deməkdir. Elə möhkəm bağlanmaq ki, başqa köklərdən qopmaq. Möhkəm diqqət lazımdır. İnsanın naqisliyini anladıqca kədərlənmişik. Atdığımız addım, dediyimiz söz mütləq şəkildə təsdiqə əsaslanır. Mütləqə İnamın yaşatmaq istədiyi yalnız biz deyilik. Mütləqə İnam dünyaya yeni baxışdır. İnsanlar millətsiz özlərinin həqiqi ideallarını dərk edə bilmirlər. Yaxşı insan adını daşımaq üçün çalışmaq lazımdır. Millət dərdi, eşqi olmayan insanlarda onların xalqı təsdiq olunmur. Biz bu fəlakətə qarşı kutsal əhval yaradırıq”.


Ailə gününün içsəs konuları aşağıdakılar olub: “Amallaşma, Kamilləşmə, Xalqlaşma bilgiləndirmələri. Özünü qınama, özüylədöyüş. Zəif yerimiz haradadır?”
“Ulu Fərəh” Ailəsinin Yükümlüsü Uluruh Atalı yenicə çapdan çıxmış “İçdən Yaranma” 6-cı Kutsal Bitiqindəki əsərlərlə bağlı özümləşdirdiklərini yetirib.
Yolruh Atalı “Özünüyaratma, özüylədöyüş, özünüqınaq, başqasını qınaq” konusunda fikirlərini bölüşüb: “Özüylədöyüşün başlıca yönü – özünəinamdır.
Qınaq özüylədöyüşün başlıca yönü ola bilməz.
Özünü və başqasını qınamaq varsa – özüylədöyüş yoxdur.
Qınağın çeşidləri çoxdur: qeybət biçimində qınaq, qarğış biçimində qınaq, deyinmək–şikayət biçimində qınaq, tənqid biçimində qınaq, lağ, zarafat biçimində qınaq, atmaca biçimində qınaq, söymək biçimində qınaq, inamsızlıq biçimində qınaq…”


Ocaq Yükümlüsü İşıqlı Atalı Mütləqə İnam Ocağının ay içində gördüyü işləri təhlil edib, yüksək dəyərləndirib, eləcə də amallaşması və kamilləşməsi haqqında danışıb. O, özüylədöyüşünün gedişi ilə bağlı ruhsal hesabat verib, özünüyaratmasının fərəhini ifadə edib.
Uğur və Güntəkin Atalılar ay içindəki Ocaq işləri, əhvaları haqqında bilgi veriblər.
“Kutsal oxuma”da “Əxlaq” kitabından “Özünü yaratmaq” bölümü oxunub.
“Kutsal görmə”də “Dünyanın indiki halı və Ocağın gedişi” konusunda fikir bölüşmələri olub, siyasi dünyanın antinsani gedişlərinin artdığı vurğulanıb, insansızlıqdan çıxış yolu olaraq Ata ideyalarının xilas olduğu vurğulanıb.
Toplantıda iştirak edən inamçımız, professor Elməddin Əlibəyzadə Asif Ata ideyalarının ömürləşməsindən fərəhini ifadə edib, 6-cı Bitiqin işıq üzü görməsi münasibətilə Ocaqçıları kutlayıb.


Oqtay Daşoğuz Asif Ata Ocağının tədbirinə qatılmağından məmnunluğunu bildirib.
Əlisahib Əroğul, Nurayaz İnamsoy, Alim Babaşov, Məmmədhüseyn və başqaları toplantıda iştirak ediblər.
Günün carı: “Doğmalığımızı doğruldaq!” olub.
Ailə Günü “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsiylə başa çatıb.
İştirakçılara Ocaq ədəbiyyatı hədiyyə olunub.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev