Sabirabadda saqqalı qırxılan vəhhabi -DANIŞDI

img1599771 (1)

Sabirabadda dini zəmində baş verən qarşıdurma ilə bağlı bu gün daha bir neçə nəfər saxlanılıb. Hadisənin əsas təşkilatçılarından biri Rəmzi adlı şəxs dünən rayon polis şöbəsinə aparılıb.

Hadisə zamanı təhqirə məruz qalan Kürdəmir rayon Sığırlı kənd sakini Cavanşir Zərbəliyev İstiqamet.com-a açıqlamasında bildirib ki, bu gün onu Kürdəmir rayon polis şöbəsinin rəisi və onun müavini qəbul edib: «Bir saata yaxın söhbətimiz oldu. Dedilər ki, qanunu pozanlar, məni döyənlər cəzasız qalmayacaqlar. Mən dövlətimə güvənirəm. İnanıram ki, haqsızlıq yerdə qalmayacaq. Sabirabad rayon polis şöbəsindən də zəng etmişdilər. Bu gün təhqiqatçı Kürdəmirə gəlib məni özü ilə Sabirabada aparacaq. Hadisə necə olubsa, hamısını deyəcəm».

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev