Vəhabi şərəfsizlərdən şərəfsiz açıqlama

1392474186_0001

Sosial şəbəkələrdə Azərbaycanda şiələrə qarşı təhqir və hədələr artıq konkretləşir.
Azər Hüseynov adlı birinin adıyla yayılan mesajlarda şərəf və ləyaqətə, heysiyyata toxunan ağır məqamlar var. Bu mesajlarda A.Hüseynov olduğu iddia edilən şəxs qarşı tərəfə “sələfilər” deyə müraciət edərək Azərbaycanda törədəcəkləri cinayətlərı sıralayıb. Bu mesajları eyni zamanda ölkə şiələrini təxribata çəkmək cəhdi də saymaq olar.
A.Hüseynov tərəfdaşlarına “Ey mənim sələfi bacı və qardaşlarım” şəklində müraciət edərək törətdikləri terrorları “cihad” kimi tanıtmaq istəyir. Azərbaycanda cihada başlayacaqlarını bəyan edən sənəd müəllifi şiələrə münasibətdə əzab-əziyyətin hədd-hüdüd tanımayacağı barədə xəbərdarlıq edir. Bütün şiələrin Azərbaycandan çıxarılacağı bildirilir və Azərbaycana “islam”ın gələcəyini bəyan edirlər.
Hələlik televizorlarda sələfi alimləri kimi tanıdılan Elşad Miri, Qamət Süleymanov və digərlərinin sələfiliyi təbliğ etdikləri iddia olunur.
Müraciətdə ermənilərin Azərbaycana qarşı dini zəmində törətdikləri vəhşiliklərə də haqq qazandırılır. “Ermənilərə halal olsun ki, şiələrin Qarabağda, Şuşada “İmam Əli” adı verdikləri məscidləri dağıdıb bütpərəstliyin kökünü kəsdilər. İnşallah vaxtımız çatan kimi yerdə qalan şiələrin də bir seyyid ocağını belə sağ buraxmayacağıq. İnşallah Bakıdakı Mirmövsüm ağa ziyarətgahını partlatmağın savabını Allah biz sələfi qardaşlara nəsib edəcək” deyə müraciətdə anonsu verilən vəhşiliyə Allahdan uğur istənilir.
Bundan əlavə, adlarını gizlin saxlayan bir neçə vəhabi Əbu Malik əl-Cuhani adlı vəhabi şeyxinə zəng edərək verdikləri dini məzmunlu sualların cavabında ondan Azərbaycan əlyehinə fətfalar alır və videosənəd şəklində sosial şəbəkələrdə yayırlar.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev