60 uçuş, 50 hədəf: Rusiya hava zərbələrini intensivləşdirəcək

publika.az1443961384suriya qirici

Rusiyanın Suriyadakı təyyarələri sentyabrın 30-dan 60 dəfə uçuş həyata keçirib.

Devrinnebzi.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general Andrey Kartapolov belə deyib. Onun sözlərinə görə, Rusiya Suriyada hava zərbələrini bir az da intensivləşdirməyi planlaşdırır.

“Biz nəinki hava hücumlarını davam etdirəcəyik, hətta onların intensivliyini daha da artıracağıq”, – general əlavə edib.

O, hücumlarda İŞİD-in 50-dən artıq obyektinin hədəfə alındığını söyləyib. Kartapolov təxminən 600 yaraqlının öz mövqeyini tərk edərək, Avropaya qaçmağa çalışdığını da bildirib.

Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqları Təşkilatı isə son 4 gündə Rusiyanın Suriyadakı hava zərbələri nəticəsində 8-i uşaq, 8-i isə qadın olmaqla azı 39 mülki şəxsin həlak olduğunu bəyan edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev