ABŞ təlim keçdiyi kürdləri Kobaniyə göndərdi

1413878376

ABŞ xüsusi xidmət orqanlarının hazırladıqları kürd döyüşçülər Kobaniyə göndərilib.

 Devrinnebzi.com xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, hazırlanan kürd döyüşçülərin İŞİD-ə qarşı döyüşdə uğur əldə edəcəyi gözlənilir.

 

ABŞ rəsmiləri dünən yaydıqları xəbərdə Kobaniyə silah köməyi etdiklərini bildiriblər. Türkiyə isə buna qarşılıq olaraq peşmərgənin Kobaniyə ölkə ərazisindən keçməsinə icazə verib.

 

İŞİD-in Kobanidə öz mövqelərini gücləndirmək üçün Suriyanın Rakka şəhərindən əlavə qüvvələr gətirdiyi bildirilir.

 

Türkiyənin bu günə qədər İŞİD-ə qarşı “hərəkətə keçməməsi” çoxlu tənqidlərə səbəb olub. Ancaq suriyalı kürdlər bu günə qədər Türkiyədən yalnız peşmərgənin sərhəddən keçməsinə icazə verilməsini istəyiblər.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev