Adamlarım İŞİD liderini axtarır

74816

Çeçenistan lideri Ramzan Kadırov İŞİD terrorçu qruplaşmassı ilə bağlı sərt açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Kadırov bildirib ki, onun adamları İŞİD liderinin ələ keçirilməsi üçün axtarışlara başlayıb.

Kadırov həmçinin bəyan edib ki, Çeçenistan Respublikasının hər hansı bir vətəndaşı terrorçulara qoşularsa, həmin insanlar məhv ediləcək.

“Bu quldurların lideri Bağdadi bir dəfə hardasa peyda oldu, sonra itdi, mənim adamlarım onu axtarır”, – deyə Kadırov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan Respublikasının lideri Qafqazı təhdid edən İŞİD-ə sərt cavab verəcəyini demişdi.

“Mən bütün məsuliyətimlə bəyan edirəm ki, Rusiya üçün təhlükə törədənlər məhv ediləcək. Biz gözləməyəcəyik. Onlar torpaq altında çürüməkdə olan tərəfdaşlarının yanına gedəcək”, – deyə Kadırov bəyan edib.

Sentyabrın 3-də İŞİD Çeçenistan, bütövlükdə Qafqazı hücum edəcəkləri barədə video yaymışdılar.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev