Afrikada Ebola virusunu yayan heyvan məlum oldu – FOTO

18186ann_az

Afrikanın qərbində Ebola virusunun yaranmasına meyvə yeyən yarasa səbəb olub, bunu Britaniyanın The İndependent mətbu orqanı yazır.

Xəstəliyin ilk qurbanı Qvineyanın cənub-şərqində 2 yaşlı uşaq olub. O, vəhşi heyvanın ətini yeyib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meyvə yarasaları Ebola virusunun təbii mənbələridir.

Meşəçilik sahəsində beynəlxalq araşdırmalar mərkəzi hesablayıb ki, hər il Konqo çayı hövzəsində (Afrika) 5 milyon ton vəhşi heyvan əti yeyilir (yarasalar, şimpanze, qorilla və sair).

Xatırladaq ki, indiyədək Qərbi Afrikada Ebola virusundan 4,5 min nəfər həlak olub. Ümumilikdə 9 minə yaxın insan yoluxub. Ölüm halları daha çox Qvineya, Liberiya və Syerra-Leonedə yayılıb.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev