Bakıda ŞAQMAN keçidə çırpıldı

80145
Xocasəndə yük maşını piyada keçidinə çırpılıb. ANS PRESS-in məlumatına görə, Xocasən-Lökbatan yolunun 2-ci kilometrliyində, Xocasən qəsəbəsində “Shachman” markalı yük avtomobili kuzovu açıq vəziyyətdə yerüstü piyada keçidinin altından keçərkən ona çırpılıb və yararsız hala salıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC mətbuat xidmətindən məlumat verilib.
Hal-hazırda hadisə yerinə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları gəlib və keçiddən heç kim tərəfindən istifadə edilməməsi üçün onu hasarlayıblar.
Keçidə dəyən ziyan bu gün araşdırılacaq.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev