Deputata hücum edildi

307883

Rusiyanın Sankt-Peterburq şəhərində naməlum kişi deputat Vitali Milonova hücum edib.

Devrinnebzi.com istinadən xəbər verir ki, naməlum gənc deputatı boğaraq öldürmək istəyib.

Belə ki, Vitali Milonov iki köməkçisi ilə birlikdə qanunverici qurumun binasına girərkən naməlum gənc ona yaxınlaşıb.

“İndi mən sizi sağlamlıqdan məhrum edəcəyəm”, deyə qışqıran gənc deputatın boğazından yapışıb. Lakin yaxınlıqdakı polis cavan oğlanı saxlayıb.

“Biz sağlam üç kişi, o isə zəif və arıq. İstəsəydik onun cavabını verə bilərdik, amma bu düz olmazdı. Mənə elə görünür ki, onun əqli vəziyyəti qaydasında deyil”, – deputat qeyd edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev