İran tərəfi gömrük keçid məntəqələrində iş saatının artırılmasını təklif edib.

54f4f35c67a20debb30d98fc5fcb218d

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Bakıda keçirilən üçüncü iclası başa çatıb.İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 13 və 14-də keçirilən iclasda iki ölkənin Beynəlxalq avtomobil əlaqələri sahəsində 2002-ci ildə imzalanan sazişinin müddəalarının icrasının son vəziyyəti araşdırılıb, iki ölkənin sərnişin və yük daşımalarındakı problemlərin həlli və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.clasda hər iki tərəf avtomobil əlaqələri sahəsindəki təbii işlərdən razılıq ifadə edib və iqtisadi əməkdaşlıq təşkilatı, TRASEKA və şimal-cənub dəhlizi çərçivəsində birgə əməkdaşlığın davam və inkişaf etdirilməsi istiqamətində anlaşma əldə olunub. Həmçinin tərəflər razılığa gəliblər ki, ehtiyac olarsa, iki ölkə arasında yeni avtobus xətlərinin açılması üçün lazımi addımlar atılsın.İran tərəfi təklif edib ki, Biləsuvar və Astara gömrük keçid məntəqələrində avtobusların və iri tonnajlı yük maşınların tıxac və sıxlıq probleminin həlli üçün keçid məntəqələrinin iş saatı artırılsın, iri tonnajlı yük maşınların Bakı gömrüyündə dayanma müddəti azaldılsın. Qərara alınıb ki, bu məsələlər Azərbaycan tərəfindən araşdırılsıİran nümayəndə heyətinə İran İslam Respublikasının Nəqliyyat Nazirliyinin Avtomobil Yolları və Yük Daşımaları üzrə Baş İdarə rəisi Məhəmməd Cavad Ətrçiyan, Azərbaycan nümayəndə heyətinə isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov rəhbərlik edib.Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Tehranda keçiriləcək.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev