İŞİD-lə qızğın döyüşlər gedir

74462

Türkiyə-Suriya sərhədində yerləşən Kobani şəhərində İŞİD-lə silahlı kürd qüvvələri arasında bu günə qədər ən böyüş döyüşlər oldu.

Devrinnebzi.com-un məlumatına görə, bu gün axşam saatlarında iki qrup arasında döyüşlər daha da şiddətlənib. Kobanidə kürd qüvvələrinə məxsus silah anbarında partlayış olub. Daha sonra isə güclü partlayış səsi eşidilib.

Partlayış zamanı havaya böyük duman qalxıb. Bir neçə dəqiqə sonra silah anbarının 50 metr yaxınlığında daha bir güclü partlayış törədilib.

Kürd qüvvələrinə məxsus silah anbarlarının yerləşdiyi yerə İŞİD döyüşçlərinin üzərilərinə bomba bağlayaraq hücum etdikləri bildirilir. Partlayış və döyüşlər zamanı kürd döyüşçülərin xeyli itki verdiyi bildirilir.

Qızğın döyüşlər hələ də davam edir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev