İŞİD milyonları bu yolla qazanır – Qorxudan Açıqlama

18274ann_az

İŞİD-in neft gəlirləri 800 milyon dollara çatıb.

 

ABŞ-ın mərkəzi beynəlxalq enerji konsaltinq şirkəti olan “İHS”nin hesabatına görə, İŞİD-in neft istehsalından əldə etdiyi illik gəlir 800 milyon dollara çatıb.

 Devrinnebzi.com türk mediasına istinadən xəbər verir ki, “İHS”nin bugünlərdə dərc etdiyi hesabatda İŞİD-in İraq və Suriyada qeyri-qanuni yollarla reallaşdırdığı neft və neft məhsulları satışlarından əldə etdiyi gündəlik gəlirin 2 milyon dollar təşkil etdiyi bildirilir. Bu isə illik 800 milyon dollar deməkdir. İŞİD hasil etdiyi neftin barrelini 25-60 dollar arasında satır.

 

İŞİD-in İraq və Suriyada nəzarət etdiyi bölgədəki neft istehsal tutumu gündəlik 350 min barrel olmasına baxmayaraq, texniki çatışmazlıqdan dolayı istehsal gündəlik 50-60 min barrellə məhdudlaşdırılır. İŞİD-in neft gəlirləri ilə bağlı açıqlanan hesabatda “Neft İŞİD-in döyüş maşınlarını, xüsusilə hərəkatlarında döyüşmə imkanlarını əhəmiyyətli dərəcədə artıran hərbi vasitələrini də təmin edir. Neft gəlirləri İŞİD -in bütün fəaliyyətini şaxələndirir və bu da nefti satan, çatdıran və ixrac edən vasitəçilərə əlavə cəsarət verir” – hesabatda qeyd olunub. 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev