İstanbulda polis maşınlarına silahlı hücum

1414921435

Kobanidə baş verən olaylara etiraz olaraq İstanbul küçələrində davam edən küçə nümayişlərində polislərə hücum olub.

 

Devrinnebzi.com-un axar.az-a istinadən verdiyi xəbərə görə, nümayişçilər düzəltdikləri molotov kokteylləri ilə polis panzerlərinə hücum edərək maşınları yandırıb. Polislərdən yaralananların olduğu bildirilsə də, onların neçə nəfər olması ilə bağlı hələlik heç bir məlumat yayılmayıb.

 

İstanbulun Ok meydanı səmtində baş verən küçə nümayişləri artıq adət halını alıb. Kürd kökənli Türkiyə vətəndaşlarının Suriyanın Kobani vilayətində kürdləri öldürən İŞİD-ə qarşı keçirdiyi aksiyalar sonradan dağıdıcılıqla müşahidə olunub.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev