Ölkəni şoka salan nikah- İki qız evləndi

83206

Eynicinsli nikahın qadağan olduğu Rusiyada bir ilk yaşanıb. 

 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada əks-səda yaradan ilk homoseksual evlilik  noyabrın 7-də Sankt Peterburqda reallaşıb. Eynicinsli cütlük evliliklərinin sevincini yaşayarkən dövlət evliliyi etibarsız saymağın yollarını axtarmağa başlayıb.

 Nikahı həyata keçirən məsul şəxslər isə cütlük tərəfindən aldadıldıqlarnı bildiriblər:

“Denis Şumilova müraciət ərizəsini bizə verərkən kişi libasında idi. Şəxsiyyətində kişi olduğu bildirilən bu adamın Alyona Fursova ilə evlənməsində biz heç bir problem görmədik. Ərizəni qeydə aldıq  və imza gününü  noyabr 7-nə təyin etdik. Gözlənilən gün gəlib çatdığında da evləndirmə dairəsinə  iki gəlin gəldi. Yarım saata qədər  müzakirə apardıq, lakin paltarla əlaqədar qanunlarda heç bir tənzimləyici maddə olmadığı üçün evliliyi qeydə almaq məcburiyyətində qaldıq”. 

Qeyd edək ki, kişi olaraq dünyaya gələn İrina Şumilova daha sonra cinsini dəyişib. 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev