Orqanlarımızı satanlar yaxalanıb

17772

Ukrayna xüsusi xidmət orqanının əməkdaşları insan orqanlarının satışı ilə məşğul olan beynəlxalq cinayət qruplaşmasının iki üzvünü yaxalayıblar. 

Məlumata görə, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Latın Amerikası ölkələrinə göndərirdilər. 2010-2014-cü illər ərzində onlar Ukrayna, Azərbaycan, Litva və Rusiya Federasiyasından olan 50-yə yaxın insanı əməliyyata sövq ediblər. 

Saxlanınanlara “insan alveri və ya insanla bağlı digər qanunsuz sövdələşmə” maddəsi ilə iş açılıb. 

İsitintaqın məlumatına görə keçirilən 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev