Rus qadın canlı yayımda Putini üzünə söydü – Video

1413957914

Bu gün Qərb liderlərinin Rusiya Prezidenti Vladimir Putinin psixi pozuntuları olması ilə bağlı səsləndirdikləri fikirlər hələ ötən il canlı yayım zamanı baş verən insidenti yenidən gündəmə gətirilib.

 

Devrinnebzi.com xəbər verir ki, ötən ilin dekabrında Prezident Vladimir Putinin ölkə vətəndaşları ilə keçirdiyi video-görüş zamanı canlı bağlantıya qoşulan xanım vətəndaş prezidenti psixopat adlandırır, onun psixoloqa müraciət etməsini məsləhət görür, həmçinin Putinə rus mentalitetinə məxsus söyüşlər ünvanlayır.

 

Rəqiblərinin yenidən gündəmə gətirdiyi bu video-material isə əslində Putinin piarına xidmət edir. Bu ağır təhqirlərə baxmayaraq, Rusiya prezidenti son dərəcə təmkinli və vətəndaşının ən ağır sözlərini həzm etməyə qadir peşəkar siyasətçi olaraq görünür.

 

Qeyd edək ki, Vladimir Putin vaxtaşırı olaraq “Qostini dvor” adlanan canlı yayımla ölkə vətəndaşlarının şikayətlərini birbaşa qəbul edir.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev