3 rayon geri qaytarılır- Açıqlama

agdam

“Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam, Füzuli və Cəbrayıl rayonları geri qaytarılır”.
Devrinnebzi.com-un  məlumatına görə, bu haqda ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov xəbər yayıb.
Onun sözlərinə görə, üç rayonun qaytarılması qarşılığında Azərbaycan Avrasiya İttifaqına daxil olacaq.
“Təbii ki, bu, hələlik iddia olaraq qalır, ancaq alınan xəbərə görə, Ermənistan bu haqda öz razılığını verib. Bu razılığın alınmasında Rusiyanın böyük rolu olduğu bildirilir. İndi rəsmi Bakının “bu oyuna” başlayacağı hələ sual altındadır, çünki Rusiyanın məqsədi öz sülhməramlı qüvvələrini 2015-ci ildə Azərbaycana yerləşdirməkdir, bu isə müstəqilliyin itirilməsinə doğru gedən addımdır. Sızan məlumata görə, digər işğal edilən rayonların qaytarılması məsələsi sülməramlı qüvvələrin gəlişindən sonra baş tuta bilər”, – deyə hərbi ekspert bildirib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev