Bakıda polis qəza törətdi – Yaralananlar var

1fd4c289e7a5865d145502ecf1afc4fa

Bakı şəhəri, Nərimanov rayonunda üç avtomobil toqquşub.

Devrinnebzi.com “Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Z.Bünyadov prospekti 28 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakinləri 1962-ci il təvəllüdlü Yavər Həsənovun idarə etdiyi “KamAZ” , 1965-ci il təvəllüdlü Seyfəddin Əzizovun idarə etdiy “Nissan” və 1965-ci il təvəllüdlü İlqar Muradovun idarə etdiyi DİN-in Baş Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı avtomobillər toqquşublar.

S.Əzizov, sərnişinləri 1963-cü il təvəllüdlü Cimnaz Əzizova, 1971-ci il təvəllüdlü Gülnaz Kazımova və 2004-cü il təvəllüdlü Nərmin Kazımova xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev