Baş Dövlət Yol Polis İdarəsinin 10 saylı bölməsində alver

Ramiz_Zeynalov_030610

  Ölkədə korrupsiya və rüşvətxorluğun nəhəng “bazalarından” biri də BDYPİ-nin Tovuzda yerləşən 10 saylı  qeydiyyat imtahan və maşınların texniki baxışdan keçirilməsi bölməsidir. Sürücülük nəktəbi müdavimlərinin burada necə imtahan verməsi, sürücülük sənədinin neçəyə başa gəlməsini el-aləm daha yaxşı bilir. Bu bir yana…

  Devrinnebzi.com-a bu dəfə həmin bölmədən başqa səpgidə məlumat daxil olub. Məlumat uzun müddət Qazax Rayon Polis Şöbəsində sahə müvəkkili, sonra  cibinin gücünə Qazax YPB-də müfəttiş işləmiş, daha sonra  BDYPİ-nin Tovuz bölməsində maşınların texniki baxışdan keçirilməsi sahəsinə rəhbərlik edən, polis mayoru Arzu Bayramov haqqındadır. Verilən xəbərə görə, Arzu Bayramov polis paqonuna hörmətlə yanaşmadan 4o  manatdan yuxarı texniki baxışa 70-80 mant alır. Özü də nəğd şəkildə. Texniki baxışdan keçəcək maşının heç yanına da yaxınlaşan olmur. Yəni iş hədsiz başdansovdu aparılır. Təki yol polis işçilərinə yalnız istədikləri məbləğdə pul çatsın. O da vurğulanır ki, “bir nəfər sürücü Arzu Bayramovla dava edərək texniki baxışın qiymətini banka keçirəcəyini bildirir. Həmin şəxs Tovuzda pul keçirmək üçün banka girəndə bank işçiləri də məəttəl qalırlar: “texniki baxış üçün hələ banka pul keçirən olmayıb, deyərək gülümsəyirlər””.

  Görmüşük ki, polis cinayətkarlığa qarşı mübarizə aparar. Bəs Arzu Bayramov kimilərinə qarşı kim mübarizə aparmalıdır? Bəlkə bu da yalandır? 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev