Donoranın işi niyə “dondurulmur?”

1281348092_BakuNights

Donora xanım Həsənova haqqında redaksiyamıza Qazax təhsil şöbəsindən ilginc məlumat daxil olub. Məlumat olduqca düşündürücüdür. Məhz bu sualı təhsil şöbəsində işləyənlər də cavablandıra bilmirlər.Əslində sual məntiqi nöqteyi-nəzərindən xanımın şəxsiyyət və ləyaqətinə heç bir təsiri yoxdur. Məsələ isə başqa cürdür. Belə ki, artıq bir neçə ildir  uşaq bağçaları icra hakimiyyətlərinin nəzarəti altına keçib. Əvvəllər bağçalara nəzarəti təhsil şöbələri aparırdı. Bu uyğunluqla onlara təhsil şöbəsinin tabeçiliyində müfəttiş də ayrılmışdı. Həmin vəzifəni gözümüzü açandan Donora Həsənova icra edirdi. Mənbənin verfiyi məlumata görə xanım yenə həmin vəzifənin daşıyıcısıdır. Necə yəni, sözügedən sahə təhsilin nəzarətindən çıxıbsa müfəttiş nə üçün fəaliyyət göstərməlidir? Məlumatla əlaqədar digər tənsil şöbələri ilə əlaqə saxladıq. Məsələn, Ağstafa rayon təhsil şöbəsindən   verilən məlumata görə bağcalara nəzarət  tabeçiliklərindən çıxan kimi ştat da ləğv edilib. Bir də onu vurğuladılar ki, “Qazaxda 24 bağça olduğu halda Ağstafada 27 bağça fəaliyyət göstərir. “İnspektor” qalsa elə Ağstafada qalardı…”. Digər verilən məlumatda göstərilir ki, Donora Həsənova həmin ştatdan 453 manat əməkhaqqı alır. Üstəlik ştatı bağçalar üzrə olmasına baxmayaraq məktəblərdəki laborantlar da bu xanımın nəzarətindədir. Hər laborantdan ayda 10 manat yığması haqqında da canüşüdücü söhbətlər səslənməkdədir. Bu hadisə lap “nənənin hər nəvədən yediyi yumurtadan parasını istəməsinə bənzədi”.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev