Göyçayda icra başçısının kabinetindən də görünən bazar rəzaləti

10508366_780623208644444_323632813_n-300x168

Bazar, yoxsa murdarçılıq?

Göyçayın mərkəzində bir əldəqayırma bazar var. Bu bazarda vəziyyət acınacaqlı.

Burada kənd təsərrüfatı məhsulları, ət və ət məhsulları sanitar-gigiyenik qaydalara əməl edilmədən torpağın üstündə satılır. Əslində bura bazar yox, “Göyçay-Avtonəqliyyat” ASC-nin ərazisi sayılan istifadəsiz qalmış boş torpaq sahəsidir.

10514801_780623175311114_1740588959_n10443713_780623181977780_819980993_nSavash.org bildirir ki, rayon sakinləri illərdir ki, burada alış-veriş edir. Satıcılar yay və qış aylarında açıq havada, toz-torpağın içində alver edərkən çox əziyyət çəkdiklərini deyirlər. Onlar bazarda məhsul satışı üçün heç bir şərait olmadığı halda yer haqqı da ödəyirlər.

Söhbətləşdiyimiz satıcılardan biri deyir ki, burada ticarətlə məşğul olmaq üçün konkret heç bir şərait yoxdur: “Camaat hamısı çöldədir. Bura bazar sayılmır. Bura avtobaza sayılır. Bazarın işçiləri gəlib buradan avtobazanın qabağından pulu yığıb gedirlər. Çöldə bir nəfər əlində bir toyuq satır. Deyirlər ki, toyuğu satdın, mənim pulumu ver”.

 10508246_780623168644448_1435936260_nDəhşətlisi budur ki, satıcılar kəndlərdən gətirdikləri süd məhsullarını, göyərtini və meyvə-tərəvəzi piştaxtalarda yox, antisanitariya şəraitində olan bir ərazidə, torpağın üstündə satırlar. Bazardakı şəraitdən satıcılarla yanaşı alıcılar da narazıdır. Onlar aldıqları qida məhsullarının həyatları üçün təhlükə yarada biləcəyindən narahatdırlar. Alıcı Ağamusa dayı deyir ki, burda çox vaxtı zibili yerə atırlar. Təmizləyirlər göy-göyərtini tökürlər yerə, kələm qabığı, çürük meyvə-tərəvəz iy verir. İstərdim bazarlar üstü örtülü olsun, qəşəng qapısı olsun. İçəri girəndə səliqə-səhman olsun”.

Amma səliqə-səhman bir yana, bazara girdin nəyin harda satıldığını müəyyənləşdirmək üçün hələ bir müddət müşahidə aparmaq lazımdır. Çünki, təmizliyə nəzarətin zəif oldugu bazarlarda məhsulu kim harda istədi satır. Hələ nəzərə alsaq ki, əksər bazarların üstü açıqdır, onda burda satılan məhsulları payız-qış mövsümündə, yağış-qar altında təsəvvur etmək elə də çətin deyil. Qarşılaşdığımız maraqlı məqamlardan biri də bəzi satıcıların bazara buraxılmaması xəbəri oldu: “Bazara girə bilmirik. Bu günə kimi bazarda işləyirdik, amma indi bazara girə bilmirik. Göstərdiyi yerə də bizim maşın girə bilmir. Biz də tələb edirik ki, bu günə kimi bazarda satmışıq, bu gündə bazarda satlıq malımız qalıb çöldə”. Bu «avtobaza-bazarda» ət və ət məhsulları, süd və süd məhsulları ayaqqabı, paltar və eləcə də digər məişət əşyaları olan ərazidə satılır ki, bu da bir sıra infeksiyaların yaranmasına zəmin yaradır. Meyvə-tərəvəz satıcıları isə özlərini təmizə çıxartmaq məqsədi ilə hər gün bazar sahibinə pul verdiklərini, bunun müqabilində isə bazar işçilərinin heç bir iş görmədiklərindən şikayətləniblər.

Satıcıların özləri tərəfindən təmizlik işlərinin aparılmasına baxmayaraq, bazarda vəziyyət yenə də acınacaqlı olaraq qalmaqdadır. Bu vəziyyət alıcıların da narazılığına səbəb olub. Çünki bu bataqlıqda alınan hər məhsul infeksiya mənbəyidir. Professor Adil Qeybullanın dediyinə görə, tozla bərabər günəş şüaları altında ərzaq məhsulları öz keyfiyyətini tamamilə itirir. Xüsusilə də ağartı və ət məhsullarının üstüaçıq şəkildə satılması düzgün deyil. Bu məhsullar günün altında və tozla təmasda olarsa, bu tip məhsullarda dioksin adlanan toksik maddə ifraz olunmur. Bu da orqanizmin zəhərlənməsinə gətirib çıxarır. Bundan başqa, küçədə satılan ərzaqların keyfiyyət parametrləri məlum deyil. Onların saxlanma qaydaları da ciddi şəkildə pozulmuş olur. Ona görə də həmin ərzaq məhsullarının istifadəsi və satışı yolverilməzdir. Çünki qəbul olunan qida mütləq xüsusi yerlərdə – iaşə obyektlərində satılmalıdır.

Xatırladaq ki, sözügedən bazar Göyçay  rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun kabinetindən də görünür. Başçı hər dəfə rayondan çıxanda və ya girəndə bu bazarın durumunu görür. Elə o, heyvan kəlləlrini də…Bu antisanitariyanı da… Buna baxmayaraq icra başçısı hələ də bu biabırşılığa “dur” demək niyyətində deyil. Maraqlıdır, görəsən niyə?

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev