İcra başçısı 280 min manatı vətəndaşın hesabına niyə köçürüb? – NEFTÇALADA

ismayil

Neftçala rayonundan  inform.az-redaksiyasına  daxil olan məlumata görə,  rayon  icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin ötən ay verdiyi tapşırığına əsasən dövlət büdcəsindən rayon sakini Xandəmirov Böyükağa Sarı oğlunun şəxsi bank hesabına 280.000   manat pul köçürülüb.

Keçirliən maliyyə əməliyatına dair sənədlərin sürəti də redaksiyamıza təqdim olunub.

Maraqlıdır ki, sözügedən informasiyanın mənbəyi Neftçala rəsmilərinin rəsmiyyətə uzlaşmayan bu maliyyə əməliyyatının səbəbini qəribə arqumentlə əsaslandırıb.

Bildirilr ki rayon icra başçısı İsmayıl Vəliyev Neftçalanın abadlaşdırılması üçün  dövlət büdcəsindən ayrılan vəsaitdən əlavə müxtəlif mənbələrdən də xeyli pul toplamalı olub.

Məqsəd Prezidentin səfəri ərəfəsində abadlaşdırma işlərini daha da sürətliəndirmək, şəhərdə ümumi mənzərəsini dəyişməyə nail olmaqdı.

İcra başçının bütün səyləri istənilən nəticəni verməsə də borcu geri qaytarmaq zərurəti ortaya çıxıb.

Mümkündür ki, belə riskli maliyyə əməliyyatları da məhz bu “zərurət”dən doğub.

Daha aydın təbirlə desək, görülən işlər üçün yığlan borcu qaytarmaq məqsədi ilə həyata keçirilib.

P.S. Sözsüz ki, bu informasiyanın nə qədər dəqiq olduğuna aydınlıq gətirmək rayon icra hakimiyyəti səlahiyətlilərinin imkanları daxilindədir. Biz isə informasiya saytı olaraq təqdim ediləcək bütün arayışları  dərc etməyə hazırıq.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev