İmtahan vaxtları bilindi

9c1ee4b2-bdae-47f1-bd68-24cd7516f3a2

“Bir il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 600 min nəfər imtahandan keçirilib”.

Bunu TQDK sədri Məleykə Abbaszadə bu gün zal nəzarətçiləri ilə görüşündə deyib. Onun sözlərinə görə, 600 min nəfər buraxılış, qəbul, sınaq və digər imtahanlarda iştirak edənlərin ümumi sayıdır: “TQDK-nın keçirdiyi imtahanları idarə olunmasında informasiya-kommunikasiya texnologiyalardan istifadə olunur. Eyni zamanda, bizim keçirdiyimiz imtahanlarda ictimaiyyətin nümayəndələri də iştirak edirlər”.

TQDK sədri əlavə edib ki, 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib: “Ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək”.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev