Kollec direktoru necə həbs edildi?

resizer(209)

Ağcabədi Pedaqoji Kollecinin direktoru Sahib Hüseynov saxlanılıb. 

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən direktorun rəhbərlik etdiyi Kollecdə rüşvətxorluqla bağlı daxil olan məlumat əsasında axtarışa başlanıb. Nəticədə ortaya rüşvət faktları çıxdığından, kollecin direktoru Sahib Hüseynovun yaxınlarının və öz evində əməliyyat axtarış tədbirləri həyata keçirilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 9-da Kollecin direktoru Vaqif Hüseynov infarkt nəticəsində dünyasını dəyişib. Onun yerinə isə öz qardaşı Sahib Hüseynov təyin olunmuşdu.

Bir sıra KİV-lərdə Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluğun baş alıb getməsi və bu təhsil ocağında biabırçılıqların baş verməsi barədə məlumat yer alıb.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev