Laçınlılar İcra Başçısından şikayətlidirlər

84px-Stamp_of_Azerbaijan_725


Laçından gələn şikayətlərin ardı-arası kəsilmir. Təhsil sahəsindən tutmuş, kadr siyasətinə qədər bütün sektorları əhatə edən bu narazılıq artıq son həddinə yaxınlaşır.Bolgexeber.com-a məlumat verən rayon sakinləri bildirir ki, onların icra başçısı Akif Səlimovdan tək tələbləri var. O da qəti addım atması, laçınlılar arasında heç də yaxşı ad çıxarmamış şəxslərin vəzifə başına keçirilməməsi və insanların üzləşdiyi problemlərin həllindən ibarətdir. 

Ölkənin əksər rayonlarında qaçqınlıq üzündən məskunlaşmaq məcburiyyətində qalmış laçınlıların ən ağrılı yerləri onlara lazımi səviyyədə dəstəyin göstərilməməsidir. Övladlarını bir təhər yaşadıqları rayonların orta məktəblərinə yollayan bu insanlar üzləşdikdəri bürokratik əngəllərdən beziblər. Bir tərəfdən maddi sıxıntı, bir tərəfdən sosial çətinliklər, bir digər tərəfdən də məmur özbaşınalığı onların hövsələdən çıxmasına və əsəbiləşməsinə səbəb olur. 

Rayon sakinləri deyirlər ki, icra başçısı ilə şəxsi zəmində heç bir hüsumətləri və problemləri yoxdur. Amma Akif Səlimovun apardığı kadr siyasətindən ciddi şəkildə narazıdırlar. Çünki vəzifə başına keçirilən məmurların bir qismi icra başçısının qohumudrsa, bir qismi də laçınlılar arasında heç də yaxşı biri kimi tanınmırlar. Həm də bəziləri hələ keçmiş icra başçısının dövründən xüsusi ad çıxarmışlardır. 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev