Məzuniyyətə gələn gizirimiz qətlə yetirilib

1408942404_bichaq

Mərhum Elşən Aslanov Daşkəsəndə N saylı hərbi hissədə qulluq edib

Verilən məlumata görə dünən axşam Biləsuvarın Çaylı kəndində qətl hadisəsi baş verib. Məlumata görə saat 19:00 radələrində 1986-cı il təvəllüdlü Aslanov Elşən Təzəxan oğlu öz həmkəndlisi tərəfindən bıçaqlanıb. Ona iki bıçaq zərbəsi vurulub.Bəçaqlardan biri ürək nahiyəsindən endirilib. Ağır vəziyyətdə olan Aslanov Elşən xəstəxanaya aparılarkən yolda keçinib. Faktı Biləsuvar rayon Polis Şöbəsindən Bolgexeber.com-a təsdiqləyiblər.Qətli törətməkdə şübhəli bilinən Kamran adlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən artıq saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.Qətlin səbəbi hələ ki, məlum deyil. Xatırladaq ki, mərhum Elşən Aslanov Daşkəsəndə N saylı hərbi hissədə qulluq edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev