Pensiya və maaş qalxacaq

manat_3 09

“Manat devalvasiya olunmaya bilmirdi. Onun devalvasiyası böhranla əlaqədar deyildi. Manatın özünü və daxili bazarı qorumaq üçün mexaniki sürətdə edilib”.Bu sözləri açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Əhalinin 70-80%-nin özəl sektorda çalışdığını deyən millət vəkili əlavə edib ki, özəl sektor qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırdığına görə yeni maaşları da formalaşdırır.”Qalır dövlət və büdcə təşkilatlarında işləyənlər, təqaüd və müavinət alanlar. Onları isə dövlət artıq özünün qərarları və yaxud sərəncamları ilə müəyyən müddət qaldıracaq. Həm büdcə təşkilatlarında işləyənlərin maaşı qaldırılacaq, eyni zamanda təqaüdlərin qaldırılması gözləniləndir”, – A.Mirzəzadə əlavə edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev