PKK yaraqlıları kütləvi şəkildə təslim olur

235798
Türkiyə Silahlı Qüvvələrinin ölkənin güney-doğrusunda PKK-ya qarşı apardığı antiterror əməliyyatlarında son 3 gündə 37 terrorçu öldürülüb.
Radikal.com. yazır ki, əməliyyatlar zamanı ələ keçən kod adı “Bahoz Ahmet” olan terrorçu təhlükəsizlik qüvvələrinə çözüm sürəci dönəmində terror təşkilatının ölkənin müxtəlif şəhərlərində terror aksiyaları keçirmək üçün yürütdüyü hazırlıqlardan danışıb.
“Bahoz Ahmet”in sözlərinə görə, PKK Türkiyə Silahlı Qüvvələrinə qarşı Suriyada küçə döyüşlərində qazandığı təcrübədən istifadə edirmiş. Ancaq Türkiyə Silahlı Qüvvələrinin havadan və qurudan bərabərzamanlı hücumları terrorçuları pərən-pərən salıb, müxtəlif istiqamətlərdəki qruplar arasında əlaqə kəsilib, PKK son həftələrdə heç zaman olmadığı qədər canlı itki verib. Terror hörgütünün ən böyük bazaları, istifadə etdikləri dağ yolları artıq Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Sayt yazır ki, Türkiyə təhlükəsizlik qüvvələrinin əməliyyatlarının genişlənməsi terror hörgütündə ciddi parçalanmalar yaradıb. Bəzi dəstələr qrup halında hökumət qüvvələrinə təslim olur – anlayırlar ki, bunun alternativi məhv edilməkdir.
Ələ keçirilən PKK-lılar təhlükəsizlik qüvvələrinə hörgütə aid yeraltı məkanlar haqda da bilgi veriblər. Son 1 ayda aparılan əməliyyatlar zamanı PKK-nın əsas qüvvələri hava və quru hücumlarından qorunmaq üçün yeraltı bunkerlərə çəkilib. Ancaq kəşfiyyat məlumatları əsasında həmin bunkerlərin çoxu təsbit edilərək, havadan bombalanıb və oradan kiminsə sağ çıxmaq ehtimalı yoxdur.(musavat.com)

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev