Qazaxda Vəzifə xanımın gizli vəzifəsi

images (9)

   Məlumat həmin kəndin rəhbər şəxslərinin biri tərəfindən daxil olub. Mənbənin söylədiyinə görə, rayonun Ağköynək kəndinin mərkəzində yerləşən 2 mərtəbli binanın 2-ci mərtəbəsində gəvə sexi fəaliyyət göstərir. Sexə vaxtı ilə Qazax Rayon Gəvə Sexinin müdiri işləmiş Vəzifə Hacıyeva “böyüklük” edir. Binanın alt hissəsində isə çayxanadır.   O da məlumatdan aydın olub ki, gizli sexdə 10 nəfərə yaxın qadın çalışır. Sexə sifarişi ən pullu adamlar verirlər.   Gəvə hazır olana kimi sifarişçidən 200 manat toxucu, 300 manat isə Vəzifə xanım alır .

 Təbii ki, gizli görülən işlərdə gizli də əməliyyatlar gedir. Belə ki, işçilərlə sexi işlədən arsında əmək müqaviləsinin olmaması, vergidən və sosial müdafiə fondundan yayınma mütləqdir.

   Gizli gəvə sexinin fəaliyyətində dövləti yayınmaların olub-olmamasını bir daha dəqiqləşdirmək üçün yuxarıda adları çəkilən dövlət təşkilatlarına sorğu göndərilməsi məqsədəuyğundur.

   Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.  

 

DSC01218

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev