Sabirabad mərkəzi xəstəxanasında talançılıq.

sebirabad(20)

Sabirabad sakinləri rayon səhiyyəsinin bərbad durumda olmasının səbəbini   rayon səhiyyəsinə rəhbərlik  edən şəxsdə görürlər.    Baş həkim Əziz Mikayılov bu vəzifəyə təyin edildiyi gündən həmin sahəni talamaqla, dövlət əmlakını mənimsəməklə, dağıtmaqla məşğul olur. O, bu vəzifəyə hələ təzə təyin olunarkən 2012-ci ilin sonunda büdcədən ayrılan dövlət vəsaitlərinə öz istədiyi kimi düzəliş edərək, 170 min manat pulu dərman pereparatlarının alınması qrafasına əlavə etməklə   mənimsəmişdir.

  Rayonun səhiyyə müəssisələrinə küllü miqdarda vəsait ayrılsa da,   indiyədək heç bir dərman pereparatı verilməyib.   Dövlət tərəfindən şəkər və onkoloji xəstələr üçün ayrılan    məbləğin   hara xərclənməsi heç kimə bəlli deyil.Bu ağır xəstəliyə düçar olan xəstələr dava-dərmanı öz pulu ilə  almağa məcburdurlar. Bu adam sanki rayonun səhiyyə müəssisələrini dağıtmaq, talan etmək üçün bu vəzifəyə təyin edilib. Respublikada gedən korrupsiyaya qarşı mübarizə tədbirlərinin bu şəxsə sanki heç bir aidiyyatı yoxdur.

 

                               Vəsaitin çoxluğu, aidiyyatı yerlərə yoxluğu.

 

   Əziz Mikayılov səhiyyə müəssisələrinin ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə dövlət tərəfindən ayrılan 22-24 min manat, əmlakın cari təmiri ilə bağlı mal-materiala ayrılan   55 086 manat, dəftərxana və təsərrüfat ləvazimatları üçün ayrılan   63 118 manat, yumşaq inventar və yataq ləvazimatlarına ayrılan   64 502 manat, avadanlıqların satın alınması üçün ayrılan 134 000 manat, digər maşın və avadanlıqlar üşün isə ayrılan vəsait kağız üzərindəcə yazılıb-pozulur, heç bir iş görülmədən çirkli pullar ancaq ciblərə axır.  Həkim və xəstələr rayon səhiyyə müəssisələrində vəsait çatışmazlığından, ərzaq təminatının aşağı olmasından və ümumiyyətlə xəstəxanalardakı biabırçı vəziyyətdən şikayətləndikdə, Əziz Mikayılov laqeydcəsinə çiyinlərini çəkərək, bütün vəsaiti mərkəzdən gələn yoxlamaların və İcra başçısının onun əlindən aldığını deyir.

Baş həkim səhiyyə naziri Oqtay Şirəliyevin və icra başçısının hər ay ondan “dolya” tələb etdiklərini bütün rayonda bəyan edir. Rayondakı Perintal Mərkəz, ümumiyyətlə, biabırçı vəziyyətdədir.   Əslində isə, dövlətə qarşı bu narazılığı büdcədən ayrılan vəsati talan edən Əziz Mikayılov qəsdən yaradır.

 

                                    Kimdir Əziz Mikayılov?

 

    Kimdir Əziz Mikayılov? O, bu vəzifəyə necə təyin olunub? Uzun illər bu rayonda hamı Əziz Mikayılovu savadsız,  bir şəxs kimi tanıyıb. Adı xəstəxanada həkim kimi gedə-gedə özü Rusiya bazarlarında nar və xurma satmaqla məşğul olub. Niyə öz peşənlə məşğul olmursan?- Deyəndə isə, bu hakimiyyətin ünvanına nalayiq ifadələr işlədərək, hazırkı iqtidarın zamanında Azərbaycanda qalmaq günahdır deyb. Yeni Azərbaycan Partiyasına da nifrətini gizlətməyib.

Sual olunur, belə bir şəxs necə baş həkim vəzifəsinə yüksəlib?

Onu da qeyd edək ki, Əziz Mikayılov  Yeni Azərbaycan Partiyasına baş həkim vəzifəsinə təyin olunandan sonra keçib. O, hələ rayon xəstəxanasında anistezoloq işlədiyi dövrdə dövlət orqanlarını aldadaraq əhalininn sosial müdafiəsi nazirliyininn 33 saylı TSEK-də reablitasiya həkimi  işləmişdir. Bu adamın saxtakarlığı , məhz elə həmin vaxtdan var imiş.

 

                   Kirvədən düşən işıq, yaxud Gözəlovun “gözəl” işi

 

 

  Rayon əhalisi onun bu vəzifəyə irəli çəkilməsini həmkəndlisi  və kirvəsi   33 saylı TSEK-in sədri Rasim Gözəlovla bağlayırlar. Deyilənə görə, Əziz Mikayılovun bütün xərclərini bu şəxs ödəyib və indi də həmin pulları geri tələb etməyə başlayıb. Deyilənlərə görə, Rasim Gözəlov Sabirabad səhiyyəsinin bu gün xaç atası”na çevrilib. Ulacalı sovetliyindən olan bu şəxs rayondakı bütün səhiyyə müəssislərinə öz yerlilərini təyin etdirib: Vərəm Dispanserinin baş həkimi, terapiya şöbəsinin müdiri, poliklinikanın, VKK-nın, nevrologiyanın, doğum şöbəsinin müdiri bu sovetlikdəndir. MRX sistemində bu şəxsə yaxın olan işçilər ancaq özlərinə lazım olanda işə gəlirlər. Bir çox işçilərin isə adı var, özləri ümumiyyətlə yoxdur. Bu mənada stomotoloji sahədə vəziyyət daha acınacaqlıdır. Surrada, Yenikənddə, Şəhriyar kəndlərində diş həlimləri özəl məktəbləri qurtardığı və təcrübəsiz olduqları üçün rayon xəstəxanasında cəmi 6 stomotoloq ştat vahidi olduğuna görə, belə həkimləri xadimə kimi sənədləşdirilir. Xəstəxanada avtoklavlardan istifadə olunmaması da infeksiya mənbəyinə səbəb olur.

  MRX-da qəbul şöbəsi yoxdur. Həkim lazım olanda xəstənin sahibi özü gedib onu evdən götürməli olur.   Kənd xəstəxanalarının qapıları daim qıfıllı olur, insanlar da bu müəssisələrdən birdəfəlik əllərini üzüb. Bu xəstəxanalara ancaq beş-altı adamın pensiya yeri kimi baxılır. ..

     Vaxtilə Sabirabad rayonu uşaqlar arasında peyvənd kampaniyasına görə Ümumdünya Səhiyyə Təşkilatının Sertifikatına layiq görülmüşdü. İndi uşaqlara nəinki tibbi xidmət göstərlmir, heç peyvənd aparılmır. Belə getsə, bir neçə ildən sonra bunun ağır fəsadları ilə qarşılaşmalı olacağıq. Deyə rayon sakinləri qeyd edirlər. “İnfeksiyon şöbədə də (əgər buna şöbə demək mümkünsə) vəziyyət acınacaqlıdır. Qorxulu infeksiyalara qarşı biganəlik getdikcə dərinləşir . Buna görə də əhali Sabirabad rayon Mərkəzi Xəstəxanasına müraciət etməməyə çalışır. Əməliyyat olunmaq zorunda qalmış bir neçə xəstədən başqa buraya müalicə üçün gələn xəstəni görməzsiniz.

 

                                    Uşaq şöbəsi, yoxsa ambulatoriya?

 

  Xəstəxananın uşaq şöbəsi ambulatoriya kimi fəaliyyət göstərir. Yerli sakinlər əsasən Şirvan və Bakı şəhərindəki xəstəxanalara üz tutur. Bir sözlə, rayonun səhiyyə müəssisələri bərbad vəziyyətdədir. Baş həkim isə bütün vasitələrdən istifadə edərək vəziyyəti ört-basdır etməyə çalışır.  Xəstəxananın doğum şöbəsində vəziyyət ürəkaçan deyil. Redaksiyamıza daxil olan məlumatlara görə, Sabirabad Mərkəzi Xəstəxanasının doğum evi və perenatal mərkəzində hamilə qadınlar üzərində cərrahiyyə əməliyyatları qeyri-peşəkar ginekoloq-həkimlər tərəfindən aparılır: «Xəstəxananın doğum şöbəsində lazımi tibbi avadanlıqlar olsa da, həkimlər bundan istifadə etməyi bacarmır. Bəzi həkimlərin savadı istənilən səviyyədə deyil. 205 çarpayıdan ibarət olan xəstəxanada ümumiyyətlə, tibbi xidmətlər çox aşağıdır. Cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, vərəm əleyhinə xəstəxana, poliklinika şöbəsində vətəndaşlara keyfiyyətli səhiyyə xidmətləri göstərilmir. Həkimlərin və şöbə müdirlərinin gözü vətəndaşların cibindədir. Xəstəxanada 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfəri həkim, 136 nəfəri isə orta tibb işçisidir. Onların hər biri ayrı-ayrılıqda günün sonunda baş həkimə «hesabat» verirlər. Xəstəxananın tibbi heyəti sabiq baş həkim Əlifağa Nadirovun atasına  rəhmət oxuyurlar. Çünki Əziz həkimin yersiz tələbləri onları bezdirib. Amma işlərinin xətrinə xəstəxana rəhbərinin bütün tapşırıqlarını etiraz etmədən yerinə yetirirlər. Məhz baş həkimin bu kimi qanunsuz işlərinin nəticəsində Sabirabadın səhiyyə sistemi yaman günə düşüb»

   Baş həkim Səhiyyə Nazirliyindəki dayaqlarının dəfələrlə ona “çalış, baş verənlər barədə səs çıxmasın göstəriş verildiyini etiraf edib. Buna görə də,  mərkəzi xəstəxananın həkimlərinin işə gəlməmələrinə, özəl tibb müəssələrində çalışaraq ancaq buradan maaş almalarına göz yumur.  Bütün bu qeyd olunanların Sabirabad səhiyyəsində baş verənlərin yalnız cüzi bir hissəsidir.   

  Bu gün Sabirabad tibbi yalnız ən geridə qalmış ölkələrdəki tibb müəssisələri ilə müqayisə oluna bilər. Halbuki, dövlətimiz öz iqtisadi gücünə, siyasi nüfuzuna görə dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir cərgədə addımlayır. Belə bir dövlətin böyük bir rayonunda tibbin bu cür yarıtmaz vəziyyətə salınması adımıza ləkədir.  

 O da söylənilir li, xəstəxanada 22 maşın qeydiyyatda olmasına baxmayaraq, 16 –sı market formasında nasazdır. Yalnız 6 işlək maşına dövlət büdcəsindən 170 000  manat ayrılması möcüzə deyilmi?

 Baş həkim Əziz Mikayılovdan səhiyyə naziri Oqtay Şirəliyev soruşsa ki, neçə nəfər stomoloqu xadimə kimi sənədləşdirmisən? Görəsən, baş həkim onda nə cavab verə bilər?

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev