35 yaşlı kişi arvadını və üç uşağını öldürdü

60334

Rusiyada qəddar qətl hadisəsi baş verib. İTAR TASS-a istinadən verdilən məlumata görə, Artyom Primorski vilayətində 35 yaşlı kişi arvadını və üç uşağını qəddarlıqla öldürüb. 

Hadisə 5 noyabrda baş verib. Şəxsi evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra evdə 34 yaşlı qadın və onun üç azyaşlı uşaqlarının cəsədləri aşkarlanıb. Uşaqlar 13, 8 və 2 yaşlarında olub. 13 və 8 yaşlılarda ölümcül zorakılıq əlamətləri aşkarlanıb. 

Ailəsinin qətliamında şübhəli bilinən şəxs artıq saxlanılıb. Ailə başçısı istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edib. O, daha sonra özünü öldürməyə cəhd etdiyini deyib. 

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev