66 yaşlı kişi özünü güllələdi- Lənkəranda

68842

Lənkəranda güllələnmə hadisəsi baş verib. 

Məlumata görə, rayon hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Həzi Aslanov Xiyabanı, 1 saylı binanın 32-ci  mənzilində qeydə alınıb.

66 yaşlı Fəxrəddin Heydərovu  yaxınları yaşadığı mənzildə qarın hissəsində güllə yarası xəsarəti ilə aşkarlayıb. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumat görə, əməliyyat olunan Fəxrəddin Heydərovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Fəxrəddin Heydərov özünə ov tüfəngi ilə atəş açıb. Ov tüfəngi hüquq mühafizə orqanları tərəfindən maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev