Azərbaycanda 300 minlik qəza- İki bahalı maşın toquşdu+Fotolar

85260

Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin oxu.az-a verdiyi məlumata görə, dekabrın 13-də Qəbələ şəhərində 10 KJ 200 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen”lə toqquşub.

Məlumata əsasən ciddi xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb.

Hadisə barədə məlumatı Qəbələ rayon Yol Polisi İdarəsindən təsdiq ediblər.

Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen” markalı avtomobilin orta qiyməti 120-150 000 ABŞ dolları təşkil edir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev