Bıçaqlanan ər arvadından şikayətçidir- Balakəndə

70289

Balakən rayon sakini naməlum şəraitdə bıçaqlanıb. 

Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, rayonun Kortala kənd sakini, 1985-ci il təvəllüdlü Tural Akif oğlu Butdayev qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. T. Butdayevin  üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Xəstəxanadan bildirilib ki, yaralı T. Butdayev xəstəxanaya daxil olarkən içkili vəziyyətdə olub. Üç ay əvvəl ailə həyatı quran T. Butdayev həkimlərə həyat yoldaşı tərəfindən bıçaqlandığını söyləyib.

Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə T. Butdayevin yaşadığı ünvanda baş verib. Onun həyat yoldaşı və valideynləri istintaqa ilkin ifadələrində Turalı evin həyətyanı sahəsində bıçaqlanmış vəziyyətdə aşkarladıqlarını söyləyiblər. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, T. Butdayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev