Goranboyda 80 yaşlı ər-arvadı öldürən kürəkən- Fotolar

84082

Goranboy rayonunda yaşlı ər və arvadı qətlə yetirən şəxs həbs edilib. 

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 22-də Goranboy rayon sakinləri Tahir Məmmədovu və onun arvadı Sonanı qətlə yetirməkdə şübhəli bilinən Todan kənd sakini Sübhay İbrahimov tutulub.

Saxlanan şəxs Sübay İbrahimov bildirib ki , o, hadisəni sərxoş vəziyyətdə edib. Ailənin keçmiş kürəkəni Sübay İbrahimov gecə saatlatında qayınatası Tahir Məmmədovgilə gedib .Kürəkən evlərinə qayıtmaq ücün qaynatasından 3-4 manat pul istəyib. Bu zaman aralarında mübahisə yaranıb. Qayınata kürəkən söz-söhbətinə evdən qaynınan Sona Məmmədova çıxıb. Bu zaman Sübay İbrahimov qayınata və qayınanasını itəliyərək yerə yıxıb. Kürəkənin sözlərinə görə, yerə yıxılan qayınata Tahir Məmmədov huşunu itirsə də qayınanası onu polisə verəceyini bildirib. Kürəkən hadisənin üstünün ört basdır etmək üçün məhəllədən baltanı götürürüək qayınanası və qayınatasının başından və kürəyindən bir neçə zərbə vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb istintaq aparılır.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev