Hüquq müdafiəçisinə- 7 il həbs

81553

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının dələduzluqda təqsirləndirilən sədri, hüquq müdafiəçisi Rasim Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 Devrinnebzi.com virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Rasim Əlizadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev