İŞİD Səddam Hüseynin atasının məzarını partlatdı

76232

İŞİD terror qruplaşmasının üzvləri İraqın sabiq prezidenti Səddam Hüseynin atasının Tiqritdəki məzarını və onun yaxınlığındakı məscidi partladıblar.

Bu barədə İraqın “Əl Mada Press” informasiya agentliyi məlumat yayıb. 

Partlayış nəticəsində məscidin binası, həmçinin şəhərin mərkəzindəki qəbiristanlıq bütünlüklə dağıdılıb. Bildirilir ki, terrorçular məscidin içərisində və ətrafında əldəqayırma partlayıcı qurğular yerləşdirdikdən sonra onu partladıblar. 

Əlavə edək ki, S.Hüseynin atasının məzarı bundan öncə 2006-cə ildə hücuma məruz qalmışdı. O zaman məscid və qəbir ciddi zərər görmüşdü.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev