Məşhur aktyor arvadını döyüb gözünü kor etdi (VİDEO, FOTO)

75534

Rusiyanın məşhur aktyoru Marat Başarovun həyat yoldaşı arktisa Yekaterina Arxarovanı vəhşicəsinə döyməsi ilə bağlı qalmaqal səngimir.

Məlumata görə, Başarovun döydüyü həyat yoldaşı ağır halda xəstəxanaya yerləşdirilib. Yekatrina Arxarovun gözlərinin kor olma ehtimalı var.

Həftə sonu “Pust qovaryat” proqramının aparıcısı Andrey Malaxov Yekatrina Arxarovanı xəstəxanada ziyarət edib. Həftə arası planlaşdırılan proqramın translyasiyası zamanı Yekatrina əri aktyor Marat Başarovun ona niyə hücum etdiyini açıqlayacaq.

Yazıçı və ictimai xadim Maria Arbatovun bloqunda bu barədə yazıb.

“Bu gün Yekatrina Arxarovanın vəkili ilə danışdım. Bu məsələdən bir ay keçməsinə baxmayaraq Yekatrinanın vəziyyəti çox ağırdır. Malaxovun müsahibəsindən sonra isə onun temperaturu qalxıb və düşmür. Onun artıq zədə almış gözü görmür. Əslində, bu, olduqca ciddi məsələdir. Malaxov həbs edilməlidir”.

Qeyd edək ki, evə bərk sərxoş halda gələn Marat Başarov arvadını vəhşicəsinə döyüb. Daha sonra qadını evdən qovub.

Qadın huşsuz vəziyyətdə qonşular tərəfindən tapılıb. Onu xəstəxanaya yerləşdiriblər. Yekaterina Arxarova aldığı zərbədən komaya düşüb. Həkimlər qadına kəllə-beyin travması, burun sınığı və gözdə qansızma diaqnozu qoyublar.

Həkimlərin səyi nəticəsində qadın komadan ayılıb.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev