“NİVA” yük avtomobili ilə toqquşdu: ölən var

74096

Qubada ağır yol qəzası baş verib.

Məlumata görə, hadisə bu gün saat 17 radələrində Bakı-Quba-Rusiya yolunun 164-cü kilometrliyində, Quba ərazisində baş verib.

54 yaşlı Məclun Abdullayevin idarə etdiyi “ZİL” markalı yük avtomobili Bakı istiqamətində hərəkət edərkən 74 yaşlı Afulca kənd sakini Gülbala Gülməmmədovun idarə etdiyi “NİVA” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin 43 yaşlı Vasif Abdullayev dünyasını dəyişib. Onun cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, ilkin ehtimala görə, qəzaya səbəb “NİVA” markalı minik avtomoblinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir.

anspress

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev