Oteldəki qətlin təfərrüatı- Qadını əmisi oğlu öldürüb

72862

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl “Vulkan” otelində baş verən insidentlə bağlı daha bir məlumat yayıb. 

 Devrinnebzi.com DİN-in saytına istinadən xəbər verir ki, bu dəfə məlumatda bildirilir ki, Afaq Şükürova intihar deyil, elə əmisi oğlu tərəfindən qətlə yetirilib.

Məlumatda qeyd olunur ki, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu – Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev