Pelenin vəziyyəti pisləşdi

76565

Braziliyanın əfsanəvi futbolçusu Pele mədəsində yaranmış problemlə əlaqədar San-Paulo xəstəxanasına yerləşdirilib. 

Məlumata görə, bu barədə “Globoesporte” xəbər yayıb.

Bildirilib ki, ötən gün Pele Santosda kitabın təqdimat mərasiminə qatılmağı planlaşdırsa da, qəfildən vəziyyəti dəyişib. O Albert Eynşteyn adına klinikaya aparılıb. İlkin diaqnoz kimi futbolçuda mədə pozğunluğu aşkarlanıb. 
Xəstəxanada 74 yaşlı Pelenin dərindən müayinədən keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, tanınmış futbolçu iki il əvvəl də Albert Eynşteyn adına klinikada sağ ombasından əməliyyat olunub.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev