Rusiya Türkiyədə təhsil alan tələbələri geri çağırır

publika.az1448974055rus-telebe

Türkiyədə təhsil alan rusiyalı tələbələr geri qaytarılacaq.

“İnterfaks” agentliyi xəbər verir ki, bu barədə Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Türkiyə Respublikasında olan bütün tələbələr ən yaxın müddətdə Rusiyaya qaytarılacaq”, – mətbuat xidmətindən bildirilib. Türkiyədə 100-ə yaxın rusiyalı tələbə olduğu bildirilir.

Dünən isə Təhsil və Elm Nazirliyinin başçısı Dmitri Livanov Türkiyə ilə əməkdaşlığın dayandırılmasının vacibliyi haqqında Rusiyanın ali məktəblərinə məktubla müraciət edib. Məktubda müəllim və tələbələrin Türkiyəyə planlaşdırılmış səfərlərini təxirə salması tapşırılıb.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev