Rusiyalı alimdən Azərbaycanda dəhşətli zəlzələ proqnozu

1392644116_0001

Rusiyanın Dövlət Hidrometerologiya Universitetinin alimi Viktor Bokov Qafqazda zəlzələ olacağı ilə bağlı həyəcanlı məlumat verib. V. Bokovun proqnozlarına görə, yaxın vaxtlarda Azərbaycanda zəlzələ yenidən təkrar olunacaq. Güclü təkanlar qeydə alınacaq.Movqe.az rusiyalı alimin proqnozlarının nə qədər real olduğuna aydınlıq gətirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb.
Q. Yetirmişli V. Bokovun proqnozlarına cavab vermək fikrində olmadığını söyləyib. O bildirib ki, hidrometeoroloqun zəlzələ olacağına dair proqnoz verməsi gülüncdür:
“Həmin alim gedib hava haqqında proqnoz versin. Onların Azərbaycanda zəlzələyə dair açıqlamaları ölkəmizə qarşı təxribat xarakteri daşıyır. Bokov haradan bilir ki, Azərbaycanda güclü zəlzələ olacaq? Bəlkə də o, Azərbaycanda bir dəfə belə olmayıb. Getsin havaya dair proqnozlar versin”.
V. Bokovun Qafqazda zəlzələyə dair proqnozlarının əhali arasında narahatlıq yaratması məsələsinə gəlincə, alimin proqnozlarına inanmamağı məsləhət gördü: “Əhali hər yoldan keçənin sözünə inanmasın”

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev