Şəmkir sakini bıçaqlanaraq qətlə yetirildi

1416808407

Bu gecə Şəmkirdə qətl hadisəsi baş verib.

 Devrinnebzi.com Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 28 yaşlı Firuz Zamanov şəxsi münasibətlər zəminində 39 yaşlı Laçın Məmmədov tərəfindən bıçaqlanıb. 2 bıçaq zərbəsi alan F.Zamanov hadisə yerində dünyasını dəyişib.

Cinayəti törədən L.Məmmədov dərhal hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Qeyd edək ki, L.Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev