Türkiyədə ermənilərin evlərini soyan Ermənistan vətəndaşları həbs edilib.

1392485150_0001

    Türkiyədə Ermənistan vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvləri həbs edilib. Mənbənin verdiyi məlumata görə, dəstə üzvləri İstanbulda yaşayan yaşlı ermənilərin mənzillərini qarət etməkdə təqsirli  bilinirlər. Onlar Ermənistandan qadınları İstanbula gətirərək qulluqçu qismində bir neçə erməninin evinə yerləşdirirlər. Təlimatlanmış “qulluqçular” bir neçə həftə ərzində mənzildə qızıl və zinət əşyalarının yerini müəyyənləşdirib, sonra dəstə üzvlərinə xəbər göndəriblər. Mənzil qarət olunduqdan sonra dırnaqarası qulluqçular da yoxa çıxıblar. İstanbul polisinin apardığı araşdırma zamanı şəhərdə yaşayan Sara, Jilda adlı erməni qadınların mənzillərinin də eyni qaydada qarət olunduğu müəyyənləşib. İzə düşən polis dələduz ermənilərin ələ keçirilməsi üçün əməliyyat keçirib. Əməliyyat zamanı 3 kişi və 3 qadından ibarət dəstənin bütün üzvləri həbs edilib. Qeqam, Karina, Edqar və Qaqo adlı şəxslərin iştirak etdikləri sonuncu oğurluq zamanı Sara adlı erməni qadınının mənzilindən 300 min ABŞ dolları dəyərində qızıl-zinət əşyası, 10.000 dollar dəyərində nağd pul və 4 xəz dəri oğurlanıb. Oğurlanan xəz dərilər dəyər dəyməzinə satılıb. Vətəndaşlara dəymiş maddi ziyanın bir hissəsi müəyyən olunaraq artıq sahiblərinə qaytarılıb. Faktla bağlı qrup şəklində oğurluq etmə, maddəsi ilə cinayət işi açılıb.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev