İcra nümayəndəsi sotu 2 min manatdan meşə zolağını satıb

1404033706-214

Astara rayon Sığaloni kənd sakini Dənziyev Mirvahab Dənizəli oğlu kənd icra nümayəndəsi Xanəhməd Zairovun qanunsuz əməllərindən şikayətçi düşüb Azerinews.tv-yə Astara rayon Siyakü sovetliyinin kənd icra nümayəndəsi ilə bağlı şikayət daxil olub. Şikayətçi Sığaloni kənd sakini Dənziyev Mirvahab Dənizəli oğlu kənd icra nümayəndəsi Xanəhməd Zairovdan şikayətçi düşməsi, onun meşə zolağına aid torpaqları qanunsuz satmasıilə izah edir. Şikayətçi öz şikayətində kənd icra nümayəndəsinin meşə torpaqlarını və Astaradan keçən çayın məcrasını dəyişərək sotu 2 min manatdan fərdi yaşayış yeri kimi satıldığını deyib. Bunu qanunsuzluğ adlandıran, tikintilərin sökülməsin tələb edən Ekologiya və Təbii Sərvətlər nazirliyinin Astara rayon şöbəsinin Meşə Mühafizəsinin rəhbərinin sözünə də kənd icra nümayəndəsi heç bir məhəl qoymayıb. Rayonda başqa vəzifəli şəxslər ilə əlbir olub, saxta torpaq sərəncamları ilə meşə torpaqlarını satan icra nümayəndəsi bu yolla mavi yanacaqla təmin olunmayan kəndi meşə ağaclarının qırılıb yandırılmasına da şərait yaratdığı bildirilir. Elə bu səbəbdən də Astara meşəsinin bu günkü vəziyyəti çox acınascaqlıdı. İcra nümayəndəsi sotu 2 min manatdan meşə zolağın satıb

 

Şikayətçi onuda qeid edib ki, kəndin 1- km-dən qaz xətti keçməsinə baxmayaraq 2011-ci ildən qaz xətti çəkilmir. İcra nümayəndəsi Z.Xanəhməd kənd sakinlərinə bildirib ki, sizin üçün qaz xətti o vaxtı çəkiləcək ki, hər ev 20 manat mənə pul verəcək, pulun verilməməsi halda 2016-cı ilə qədər gözləməli olacaqsız.
Sığaloni kənd sakini Dənziyev Mirvahab Dənizəli oğlu sayt vasitəsi ilə ölkə başçısına, onun xanımına rayon rəhbərinə müraciyət edərək, kənddə yaranan bu problemə səbəb olan kənd icra nümayəndəsi Xanəhməd Zahirovdun bu özbaşınalıqlarına son qoyulmasını istəyir.
Mövzuya qayıdacağıq bizi izləyin
İcra nümayəndəsi sotu 2 min manatdan meşə zolağın satıb
İcra nümayəndəsi sotu 2 min manatdan meşə zolağın satıb
İcra nümayəndəsi sotu 2 min manatdan meşə zolağın satıb
İcra nümayəndəsi sotu 2 min manatdan meşə zolağın satıb
İcra nümayəndəsi sotu 2 min manatdan meşə zolağın satıb

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev