Əməkdar artist ölümcül xəstəliyə tutuldu

44660

 

“Heç zaman istəməzdim ki, məni sevən tamaşaçılarımın qarşısına belə çıxım.

 

Mən Allah deyiləm ki, deyim ki, üç günə öləcəm, üç aya, ya da üç ilə öləcəm. Sümüklərimdə ərimə gedir.

Allah bu günü heç kimə göstərməsin. Bütün gün ağrılardan, iniltimi qızım, anam eşidir İstəməzdim bu günlərə qalım. Amma əzrail qapıdadır”.

Bu sözləri ATV telekanalında Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib.

Aktrisa danışarkən göz yaşlarına hakim ola bilməyib:

“Ağzım, dişim keyiyib, yemək yeyə bilmirəm. Allahdan ümidimi kəsmirəm. Bəlkə tanrım elə bir möcüzə edəcək ki, mən yaxşı olub, ayağa duracam. Bəlkə Allah məni az yaşlı övladıma, anama bağışlayacaq. Yaşadığım mənzil çox balacadır. Mən öləndə tabutum qapıdan yox, pəncərədən çıxacaq. Deyəcəklər ki, Azərbaycanın əməkdar artisti, Musiqili Teatrın aparıcı aktrisasının cənazəsi pəncərədən çıxdı. Bu mənim üçün böyük utancdır”.

Qeyd edək ki, X.Qafarova süd vəzi xərçəngindən əziyyət çəkir. O, 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev