Adətləri yaman günə salıblar

1970651_232988013560070_1747466174_n

Nənəm kömbə bişirərdi təndirdə,
Ərişdəni qurudardı kəndirdə.
ləzzət ilə qoxlayardı yol keçən,
Məst olardı qovurğanın ətrindən,
Odu ərşə dayanardı tonqalın
Çal-çağır da bürüyərdi mahalı,
Uşaqların qışqırığı,şən səsi,
Gur tonqala səsləyərdi hər kəsi.
Dadı qaçıb Novruzun da qalmayıb
Elə bil ki o günlər heç olmayıb
Novruz aşı dönüb plov olandan
Günaşırı süfrələrə qonandan
Qapıya da papaq atan yox daha
Kasıbların işi qalıb Allaha
Kosa,keçəl müqəvvaya bənzəyir
Bahar qızın üzü də heç gülməyir
Piştaxtada satılır göy səməni
Heç nənəm də almır ələ çömçəni
Xoş günləri əlimizdən alıblar
Adətləri yaman günə salıblar.

Nəzafət Nəbiyeva


20.03.2014

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev