Asif Ata Qarabağ sorunu haqqında

1017768_460735944056717_6810702285541021533_n

 

Inam Ata (Asif Ata)

Qarabağ sorunu başlayan gündən ona öz münasibətini ardıcıl olaraq bildirib. Onun bununla bağlı çoxlu yazıları – həqiqətləri var. Uzun illərdən sonra bu konuda Ata düşüncələrinə qayıtmaq, ondan yararlanmaq olduqca faydalıdır. Ata gündə 10-12 saat işləyir, onun bir neçə saatını məcburi olaraq siyasətə ayırırdı. Xalqın Ata sözünə, görümünə gərəyi vardı.

Mütləqimiz olayların mənasını, mahiyyətini xalqa anladırdı. Özü bu haqda deyirdi: “Təəssüf ki, dediklərim düz çıxır. Kaş Ata bircə dəfə yanılaydı…” Beləliklə, uca Atamızın uzun illər bundan öncə Qarabağ sorunu ilə bağlı düşüncələrindən bəzilərini sizlərə sunuruq. İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü *** QARABAĞ MƏSƏLƏSİ 1.Qarabağın əsil, təbii, tarixi başşəhəri Şuşadır. Stepanakert – süni, qondarma, yalançı başşəhərdir. 2. Dağlıq Qarabağ muxtariyyatı – qondarma, süni, zorakı bir düzəltmədir. Xəlqi birliyi pozmaq, yağılıq közünü alışdırmaq, «Oğru yadına daş salmaq» niyyətinə xidmət eləyir… Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar! Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər! *** QARABAĞ PROBLEMİNİN HƏLLİ Ya Azərbaycanın Dağlıq Qarabağ üzərində səlahiyyəti Formallaşacaq, ya da Dağlıq Qarabağ muxtariyyatı Formallaşmalıdır. Üçüncü Yol yoxdur. Qarabağ Erməni Muxtariyyatını Formallaşdırmaq gərək – son nəticədə yox etmək… İlk addım: Azərbaycan qaçqınlarını Dağlıq Qarabağda yerləşdirmək, demoqrafik vəziyyəti dəyişdirmək. *** VƏZİYYƏT Cənubi Azərbaycan problemini həll etmədən – Qarabağ problemini həll etmək olmaz. Əslində Qarabağ problemi Cənubi Azərbaycan probleminin bir hissəsidir. *** HƏQİQƏT Ermənilərin Qarabağ ərazisini tərk edib Ermənistanda məskənləşmək haqları var. Ermənilərin Qarabağ ərazisini Ermənistana qatmaq haqları yoxdur. *** VƏZİYYƏT Dünyanın Qarabağ Davasına qatılması – Dünyanın üzərimizə yeriməsidir. 14 Murad günü, Günəş Ayı, 14-cü il. (1992) Bakı. *** QARABAĞ YOLU Qələbədən sonra – Sülh. Qələbəyə qədər Sülh – məğlubiyyətdir. *** VƏZİYYƏT Qarabağ problemi – Ümumtürk problemidir. Bunu unudan türk özünü tanımır. 4 Mərhəm günü, Xəzan Ayı, 12-ci il. (1992) Bakı *** DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNİN QORBAÇOVŞİNA ÇƏRÇİVƏSİNDƏ HƏLLİ Azərbaycanın Formal ərazisi olan Ermənistan diyarı. 17 İnam günü, Ata Ayı, 11-ci il. Bakı. (1990) *** QARABAĞ ƏHVALATI Qorbaçovşinadan bəhrələnən, Qorbaçovşinanı bəhrələndirən. *** SİYASİ OYUN Qorbaçov azərbaycanlılara qandırır ki, ermənilərin müəyyən mənada Qarabağı almağa haqları var – amma mən vermirəm – mənə minnətdar olun! Qorbaçov ermənilərə qandırır ki, azərbaycanlılar Qarabağı vermirlər, ancaq nə qədər mən varam – ümidinizi itirməyin! *** QARABAĞ PROBLEMİNİN HƏLLİ Birinci mərhələ: Vilayəti Azərbaycan ərazisində saxlamaq. İkinci mərhələ: Vilayəti Azərbaycanlaşdırmaq: demoqrafik vəziyyəti kökündən dəyişmək. Üçüncü mərhələ: Yağıyla döyüşmək. (1989).

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev