Bəxtiyar Hidayər: “İt günü haqda gül kimi təcnis”

1781961_692226270828426_1021751711_n

hardasan sinəsi mər- mər mələyim
itmisən illərin itkini kimi
az qalıb çöllərdə mər- mər mələyim
səgrəqibin kini it kini kimi

 

 

kimi dana qovub, kəl budamaqda
kimi gəl bu kefdə, gəl bu damaqda
kiminin köpəyi, kəlbi damaqda
bizim də günümüz it günü kimi

 

 

sərraflar hesaba başlaya hərdən
açginən yükümü, başla yəhərdən
bəxtiyar biləmmir başlaya hardan
onmudur, beşmidir, itkin ikimi

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev